Subaylıq haqqında arayışın verilməsi

Vətəndaşın subay olmasına dair müvafiq arayışın verilməsinə dair

Azərbaycan Respublikası orqanlarından müvafiq arayışla əlaqədar sorğu Səfirliyin konsulluq bölməsi vasitəsilə həyata keçirilir. 

Subaylıq haqqında arayışın alınması üçün Səfirliyin Konsulluq şöbəsinə  aşağıda qeyd olunan sənədlər təqdim olunmalıdır:

  1. Vətəndaşın ərizəsi;(əlavə olunur)
  2. Şəxsiyyəti və vətəndaşlığı təsdiq edən sənədlərin surəti (Pasport, şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə);
     
  3. Ərizəçinin İspaniya Krallığında daimi və ya müvəqqəti yaşamaq haqqında icazəsi(NİE)
     
  4. Səfirliyin bank hesabına 30 avro məbləğində dövlət rüsumunun ödənilməsi haqqında qəbz 

Hesab nömrəsi: Bank Santander ES81 0049 1555 10 2110170715

Qeyd: Əvvələr nikahda olmuş şəxslər nikahın pozulması haqqında şəhadətnaməni və ya ərin (arvadın) ölüm şəhadətnaməsini, yaxud əvvəlki nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvəyyə minmiş qətnaməsi və ya ondan çıxarış təqdim etməlidirlər.

Diqqət!

Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərişi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə məsuliyyət daşımır.

Sənədlər tam və düzgün tərtib edilmədiyi təqdirdə icraya qəbul olunmadan ərizəçiyə geri qaytarılacaqdır.