Qayıdış şəhadətnaməsinin verilməsi qaydaları.

Pasportunu itirmiş vətəndaşlara qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər

Qayıdış Şəhadətnaməsi (bundan sonra "Şəhadətnamə") - Səfirlik tərəfindən verilən və pasportu müvəqqəti əvəz edən giriş-çıxış sənədidir. Verildiyi tarixdən etibarlıq müddəti 1 ay olan bu sənəd yalnız Azərbaycana səfər etmək üçün etibarlıdır. Şəhadətnamə sahibinin digər ölkələrin ərazisindən tranzit keçmək hüququ vardır.

  1. Pasportun itdiyi ərazinin polis idarəsindən müvafiq sənəd; 

  2. Şəxsiyyət vəsiqəsi, hərbi bilet və ya sürücülük vəsiqəsinin əsli;

  3. 2 ədəd 3X4 ölçüsündə rəngli  mat şəkil; 

  4. Sərbəst formada yazılmış ərizə;

  5. Konsulluğun bank hesabına ödənilmiş  40 dollarlıq (həmin günün kursuna uyğun olaraq avro ilə ödənilməlidir) ödəniş qəbzi 


Qeyd:İtmiş pasportun surəti (olduğu tədqirdə); 

Qeyd: Səfirliyin adına ünvanlanmış ərizədə müraciət edən şəxsin soyadı, adı, atasının adı, göstərilməlidir. Əgər, vətəndaş Azərbaycanda yaşayış qeydiyyatındadırsa, həmin ünvan ərizədə qeyd edilməlidir.

Müraciətdən asılı olaraq Qayıdış Şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün yuxarıda sadalanan sənədlərdən əlavə digər sənədlər də tələb edilə bilər.

Səfirliyin hesab nömrəsi: Bank Santander ES81 0049 1555 10 2110170715