Ön söz
Əziz dostlar:

Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin internet səhifəsinə xoş gəlmisiniz! Səhifəmizdə Azərbaycan və İspaniya arasında mövcud əlaqələrin müxtəlif sahələrini əhatə edən faydalı və yenilənmiş məlumatları təqdim etməyə çalışırıq.

Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyi 2005-ci ildə təsis edilmişdir. İki ölkə arasında mövcud olan diplomatik əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə 2014-cü ildən etibarən Bakı şəhərində İspaniya Krallığının Türkiyə Respublikasındakı Səfirliyi nəzdində nümayəndəliyi açılmışdır. Bu illər ərzində ölkələrimiz arasında güclü əlaqələr yaradılmışdır. Hər il həyata keçirilən rəsmi səfərlər ölkələrimiz arasında olan bütün sahələrdə əlaqələrin genişləndirilməsinə təkan verir.

Beynəlxalq Təşkilatlar çərçivəsində olan birgə əməkdaşlığımız artmaqda və güclənməkdədir. Hər iki ölkə, sülhün tərəfdarıdır və beynəlxalq terrorizmə qarşı aparılan mübarizədə güclü tərəfdaşdır. Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, İspaniya Beynəlxalq Hüquq norma və prinsiplərinə əsaslanaraq, açıq formada Respublikamızın ərazi bütövlüyünü tanıyır. Hər iki ölkə sülh təqdimatlarına həsr edilən Beynəlxalq Forumlar keçirir: İspaniyada olduğu kimi Azərbaycanda da Multikultural ofislər mövcuddur.  

İqtisadi sahədə əməkdaşlıq bir çox iri sahələr vasitəsilə genişlənir. Bu gün, ispan şirkətləri və mütəxəssisləri enerji, nəqliyyat infrastrukturu, tikinti və mühəndislik, kənd təsərrüfatı və ətraf mühit, şəhərsalma və memarlıq sahələrini əhatə edən müxtəlif layihələrdə iştirak edirlər. Vaxtaşırı Bakıda, İspaniya-Azərbaycan iş adamlarının iştirakı ilə Biznes Forum keçirilir. Sonucusu, 2016-cı ilin aprel ayında keçirilmiş Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Naziri cənab Şahin Mustafayev və İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri vəzifəsini icra edən Xose Manuel Qarsiya-Marqayonin başçılığı ilə “İqtisadi islahatlar və enerji” adı altında təşkil edilmişdir.

Bundan əlavə, humanitar sahədə də, həmçinin tələbə və müəllimlərin çevikliyinin artırılması və bir çox məsələlərdə birgə maraq dairələri mövcuddur; futbola olan maraq, flamenko… Həmçinin turizm sahəsində mövcud olan qarşılıqlı maraq ildən ilə artmaqdadır.

Azərbaycan açıq beynəlxalq siyasət aparan ölkə olaraq, bir çox beynəlxalq tədbirlər həyata keçirmişdir. Bunlardan 2012-ci ildə Avroviziya mahnı müsabiqəsini və 2015-ci ildə Birinci Avropa Oyunlarını xüsusilə qeyd etmək istərdim. 2016-cı ildə Azərbaycanda Formula 1 yarışı keçirilmiş, 2017-ci ildə isə İslam Həmrəyliyi yarışlarının keçirilməsi nəzərdə tutulub. Yüksək səviyyəli tolerantlıq göstəricilərinə görə Azərbaycanda 2016-cı il - Multikulturalizm ili elan edilmişdir. 

Qeyd etmək istərdim ki,  maraqlar çoxdur və biz ölkələrimizi qarşılıqlı tərəfdaş və müttəfiq olaraq qiymətləndiririk. Biz sizin təklif və təşəbbüsləriniz üçün açığıq.

Səmimi arzularla,                

Anar Məhərrəmov

Azərbaycan Respublikasının İspaniya Krallığındakı

Fövqəladə və səlahiyyətli səfiri