İlkin pasportun qeydiyyatı

Tələb olunan sənədlər

  • Ərizə-anket (buradan yüklənə bilər 18 yaşı tamam olmuş vətəndaş) ( 18 yaşı tamam olmamış vətəndaş);
  • Şəxsiyyət vəsiqəsi (15 yaşı tamam olmamış uşaqlar üçün şəxsiyyət vəsiqəsi olmadığı təqdirdə ilk öncə fərdi identifikasiya nömrəsi üçün müraciət olunmalıdır. Bunun üçün 15 yaşı tamam olmamış şəxsin qanuni nümayəndəsi tərəfindən Səfirliyə Ərizə (buradan yüklənə bilər) ilə müraciət olunmalı və uşağın doğum haqqında şəhadətnaməsi təqdim olunmalıdır. Fərdi identifikasiya sorğusuna cavab gəldikdən sonra, pasport alınması üçün aşağıdakı sənədlər toplanaraq Səfirliyə təqdim olunur);
  • 3x4 ölçüdə iki ədəd rəngli fotoşəkil;
  • İspaniya Krallığında daimi/müvəqqəti yaşayış hüququnu təsdiq edən sənəd;
  • Qan qrupu haqqında tibbi arayış (0-15 yaş uşaqlar üçün şəxsiyyət vəsiqəsi omadıqda təqdim olunur);
  • 18-35 yaşlı kişi cinsindən olan müraciətçilər üçün Hərbi Bilet (əgər hərbi xidmətdə olmamışsa hərbi komissarlıqdan qeydiyyatdan çıxış haqqında arayış təqdim olunmalıdır);
  • 18 yaşı tamam olmamış şəxsin Doğum Haqqında Şəhadətnaməsi;
  • 18 yaşı tamam olmamış şəxsin valideynlərinin razılıq ərizəsi (buradan yüklənə bilər);
  • 18 yaşı tamam olmamış şəxsin valideynlərinin şəxsiyyətini təsdiq edən sənədlər.
  • 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun razılıq ərizəsi
  • 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun hüquqlarını təsdiq edən sənədlər.
  • 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun şəxsiyyətini təsdiq edən sənədlər.

İştirak etməli olan şəxslər

  • 18 yaşından yuxarı vətəndaşın şəxsən özu;
  • 18 yaşı tamam olmamış vətəndaşın özü və valideyinləri/himayəçiləri.

 

Dövlət rüsumu

  • 55 USD konsulluq rüsumu aşağıda məlumatları qeyd olunan bank hesabına köçürülməli və ödəniş haqqında qəbz digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir;

Bankın adı: Banco SANTANDER

 

Hesab nömrəsi: ES81 0049 1555 10 2110170715

  • Müvafiq yaşa uyğun olaraq:

0-1 yaş 10 manat

1-3 yaş 20 manat

3-18 yaş 30 manat

18 yaşı tamam tamam olmuş 40 manat

dövlət rüsumu onlayn (http://www.bpqmi.gov.az/?/az/menu/25/) və ya Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə ərizəçinin qohumu/nümayəndəsi tərəfindən şəxsən Azərbaycanda ödənilməli və ödəniş haqqında qəbzin əsli və ya surəti digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir.