Pasport oğurlandıqda

Tələb olunan sənədlər

  • Ərizə-anket (buradan yüklənə bilər 18 yaşı tamam olmuş vətəndaşı) (18 yaşı tamam olmamış vətəndaş);
  • Şəxsiyyət vəsiqəsi;
  • 3x4 ölçüdə iki ədəd rəngli fotoşəkil;
  • İspaniya Krallığında daimi/müvəqqəti yaşayış hüququnu təsdiq edən sənəd; 
  • İspaniya Krallığında daimi/müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşının qeydiyyat kartoçkası; 
  • Pasportun oğurlandığı ölkənin polis orqanı tərəfindən müvafiq pasportun oğurlanması ilə əlaqədar müraciətin edildiyini / müvafiq pasportun oğurlanması faktını təsdiq edən arayışın əsli;
  • 18-35 yaşlı kişi cinsindən olan müraciətçilər üçün Hərbi Bilet (əgər hərbi xidmətdə olmamışsa hərbi komissarlıqdan qeydiyyatdan çıxış haqqında arayış təqdim olunmalıdır);
  • 18 yaşı tamam olmamış şəxsin valideynlərinin razılıq ərizəsi (buradan yüklənə bilər);
  • 18 yaşı tamam olmamış şəxsin valideynlərinin şəxsiyyətini təsdiq edən sənədlər;
  • 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun razılıq ərizəsi;
  • 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun hüquqlarını təsdiq edən sənədlər;
  • 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun şəxsiyyətini təsdiq edən sənədlər. 

İştirak etməli olan şəxslər

  • 18 yaşından yuxarı vətəndaşın şəxsən özu;
  • 18 yaşı tamam olmamış vətəndaşın özü və valideyinləri/himayəçiləri.

Dövlət rüsumu

  • 55 USD konsulluq rüsumu aşağıda məlumatları qeyd olunan bank hesabına köçürülməli və ödəniş haqqında qəbz digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir;

 

Bankın adı: Banco SANTANDER

 

Hesab nömrəsi: ES81 0049 1555 10 2110170715

  • Müvafiq yaşa uyğun olaraq

0-1 yaş 10 manat

1-3 yaş 20 manat

3-18 yaş 30 manat

18 yaşı tamam tamam olmuş 40 manat

 dövlət rüsumu onlayn (http://www.bpqmi.gov.az/?/az/menu/25/) və ya Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə ərizəçinin qohumu/nümayəndəsi tərəfindən şəxsən Azərbaycanda ödənilməli və ödəniş haqqında qəbzin əsli və ya surəti digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir.