2016-02-26
İspaniyada Xocalı soyqırımı ilə əlaqədar aksiyalar keçirilib

Azərbaycanın İspaniyadakı səfirliyinin dəstəyi ilə Madrid və Barselona şəhərlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinin anım tədbirləri keçirilib.

Madriddə bir qrup azərbaycanlının təşəbbüsü ilə şəhərin Sol meydanında (Puerta de Sol) dinc şəraitdə, icazəli aksiya keçirilib. Aksiya çərçivəsində əhaliyə Xocalı soyqırımı barədə məlumat verilib, broşürlər paylanılıb.

Kataloniya vilayətinin mərkəzində isə Barselona Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı ilə fləşmob keçirilib. Aksiya zamanı Barselonada yaşayan azərbaycanlılar və tələbələr şəhərin mərkəzi küçələrindən birində yerli əhalinin və turistlərin diqqətini Xocalı soyqırımına cəlb ediblər. Aksiyaya maraq göstərən insanlara ingilis və ispan dillərində hazırlanmış bukletlər paylanılıb, onlara Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verilib.

http://azertag.az/xeber/Ispaniyada_Xocali_soyqirimi_ile_elaqedar_aksiyalar_kechirilib_VIDEO-931103

 

növbəti xəbər əvvəlki xəbər