2018-05-25
İspaniya Kralı VI Felipe Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbrik edib

İspaniyanın Kralı VI Felipedən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Sizi bu il xüsusi əhəmiyyət kəsb edən və Azərbaycanın milli bayramı olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə həm öz adımdan, həm də İspaniya hökuməti və xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Cənab Prezident, Sizə şəxsi rifah, əziz Azərbaycan xalqına isə sülh və firavanlıq diləyərək ən xoş arzularımı çatdırıram.

Sizə dərin hörmət və ehtiramımı izhar edirəm.

VI Felipe

İspaniyanın Kralı

növbəti xəbər əvvəlki xəbər