“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Məhkumluq haqqında arayışın verilməsi

Azərbaycan Respublikasından səfirlik vasitəsi ilə məhkumluq haqqında sorğu etmək üçün tələb olunan sənədlər:

  1. Ərizə-Anket (yüklə)
  2. Pasportun surəti;
  3. 10 ABŞ dolları məbləğində rüsum ödəniş qəbzi (həmin günün məzənnəzinə uyğun olaraq avro ilə ödənilə bilər)
    Hesab nömrəsi: CaixaBank, ES86 2100 2284 3007 0001 0347
  4. Vətəndaşın sorğusuna Daxili İşlər Nazirliyindən Səfirliyə rəsmi cavab daxil olduqdan sonra həmin arayış əsasında ispan dilində konsulluq arayışı təqdim edilə bilər:

Konsulluq arayışının əldə edilməsi üçün vətəndaş 10 ABŞ dolları məbləğində rüsumun ödəniş qəbzini (həmin günün məzənnəzinə uyğun olaraq avro ilə ödənilə bilər) konsulluq bölməsinə təqdim etməlidir.

Hesab nömrəsi: CaixaBank, ES86 2100 2284 3007 0001 0347

 

Diqqət: Əgər sözügedən arayış digər şəxs üçün tələb olunursa, notarial qaydada verilmiş etibarnamə təqdim edilməlidir.

Sənədlərin poçt vasitəsi ilə göndərilməsi üçün: 

Vətəndaş sənədləri poçt vasitəsilə çatdırılması üçün istənilən poçt xidmətinə müraciət edərək, həmin sənədlərin səfirlikdən ünvana çatdırılma xidmətini sifariş edə bilər. Bu zaman sənədi səfirlikdən götürəcək kuryer şirkəti haqqında Səfirliyə əvvəlcədən məlumat verilməlidir. Əks təqdirdə, sənədlər kuryer əməkdaşına təhvil verilməyəcəkdir.

Diqqət! Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərişi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə məsuliyyət daşımır.

QEYD: Azərbaycan Respublikası orqanlarından müvafiq arayışla əlaqədar sorğu Səfirliyin konsulluq bölməsi vasitəsilə əldə edilən sənədlərdə apostil şəhadətnaməsi olmur. Apostil şəhadətnaməsi üçün vətəndaş şəxsən və ya etibarnamə əsasında vəkil təyin etdiyi şəxs vasitəsilə ASAN Xidmət mərkəzlərinə müraciət etməlidir.



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti