“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
İkitərəfli münasibətlər
Azərbaycan-Andorra ikitərəfli münasibətləri

ANDORRA KNYAZLIĞI

 

Azərbaycan Respublikası və Andorra Knyazlığı arasında ikitərəfli münasibətlər

Azərbaycan və Andorra arasında diplomatik əlaqələr 30 aprel 1996-cı il tarixində yaradılmışdır.

Azərbaycan Respublikasının İspaniyadakı Səfirliyi eyni zamanda Andorra Knyazlığında da akkreditə olunmuşdur.

Səfir Ramiz Həsənov 27 oktyabr 2021-ci il tarixində iqamətgahı Madrid şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur.

 

Ali və yüksək səviyyəli qarşılıqlı səfərlər

3-5 iyun 2012-ci il tarixlərində Andorranın xarici işlər naziri Gilbert Saboya Sunye Bakıya rəsmi səfər etmişdir.

26-28 aprel 2014-cü il tarixlərində Andorra Knyazlığının baş naziri Oskar Ribas Reyq “İkinci Açıq Qlobal Cəmiyyətlər Forumu”-da iştirak etmək üçün Azərbaycanda işgüzar səfərdə olmuşdur.

12-14 iyun 2016-cı il tarixlərində Andorra Knyazlığında AR Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) VIII Ali Səviyyəli toplantısı keçirilmişdir. Ali səviyyəli görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Andorra Knyazlığının Baş naziri Antoni Marti və digərləri iştirak etmişlər.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan və Andorra arasındakı ticarət dövriyyəsi (milyon ABŞ dolları)

 

İllər

İdxal

İxrac

Dövriyyə

2016

17,4

-

17,4

2017

0,3

-

0,3

2018

0,2

-

0,2

2019

-

-

-

2020

-

-

-

2021

1,89

-

1,89

2022

0,31

-

0,31

2023 (I-III rüblər)

1,04

-

1,04

 

Azərbaycan Respublikasına idxal olunan məhsullar: maqnit zolağı olan kartlar, yarımkeçirici “İntellektual kartlar”, alüminium folqalar.



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti