“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
İkitərəfli münasibətlər
Azərbaycan-İspaniya ikitərəfli münasibətləri

Azərbaycan Respublikası və İspaniya Krallığı arasında ikitərəfli münasibətlər

İspaniya Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 31 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 11 fevral 1992-ci ildə qurulmuşdur.   

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış, 11 mart 2005-ci il tarixli 862-IIQ nömrəli Qanuna əsasən, Azərbaycan Respublikasının İspaniya Krallığında (Madrid şəhərində) Səfirliyi təsis edilmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 19 aprel 2021-ci il tarixində Ramiz Həsənov Azərbaycanın İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilmişdir.

 

5 may 2014-cü il tarixində İspaniya Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin müvafiq qərarı ilə, iqamətgahı Ankarada olan İspaniya Səfirliyinin Bakı şəhərində Nümayəndəliyi açılmışdır. 2021-ci ilin avqust ayından etibarən Patrisiya Serrano Sançes (Patricia Serrano Sánchez) müvəqqəti işlər vəkili qismində fəaliyyət göstərməkdədir.

 

Kral VI Felipenin 22.12.2020-ci il tarixli 1166/2020 nömrəli Sərəncamına əsasən İspaniya Krallığının Türkiyə Respublikasındakı səfiri Fransisko Xaviyer Erqeta Qarnika (Francisco Javier Hergueta Garnica) iqamətgahı Ankara şəhərində olmaqla, eyni zamanda İspaniyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

 

Ali və yüksək səviyyəli qarşılıqlı səfərlər

29 noyabr 2013-cü il tarixində Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə Vilnüs Zirvə toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə İspaniya Krallığının Baş naziri Mariano Raxoy arasında görüş keçirilmişdir.            

 

4-5 iyun 2007-ci il tarixində İspaniyanın xarici işlər və əməkdaşlıq naziri və ATƏT-in fəaliyyətdə olan sədri  M.A.Moratinos Azərbaycanda səfərdə olmuşdur.

 

15-17 iyun 2011-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarov İspaniya Krallığına rəsmi səfər etmişdir.

 

22-24 aprel 2014-cü il tarixində İspaniyanın xarici işlər və əməkdaşlıq naziri X.M.Qarsiya-Marqayo Azərbaycanda rəsmi səfərdə olmuşdur.

 

25-27 aprel 2016-cı il tarixində İspaniyanın xarici işlər və əməkdaşlıq naziri X.M.Qarsiya-Marqayo BMT-in Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olmuşdur.

 

07-08 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri C.Bayramov İspaniya Krallığına rəsmi səfər etmişdir.

 

Parlamentlərarası əlaqələr

Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu 14 nəfərdən ibarətdir. Qrupun rəhbəri Sevil Mikayılovadır.

 

Mövcud təcrübəyə əsasən, hazırda İspaniya parlamentinin (Cortes Generales) heç bir palatasında (aşağı palata – Deputatlar Konqresi, yuxarı palata - Senat) digər ölkələrlə parlamentlərarası işçi qrup fəaliyyət göstərmir. Buna qədər İspaniya-Azərbaycan parlamentlərarası işçi qrupu işçi qaydada mövcud olmuş və 5 mart 2019-cu il tarixinədək işçi qrupun rəhbəri funksiyalarını “Xalq Partiyası”ndan (Partido Popular – PP) Xose Maria Çikiyo Barber (José María Chiquillo Barber) yerinə yetirmişdir.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası və İspaniya Krallığı arasında 2010-2023-cü illər ərzində qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığa dair müxtəlif səviyyələrdə 12 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan və İspaniya arasındakı ticarət dövriyyəsi (milyon ABŞ dolları)

 

İllər

İdxal

İxrac

Dövriyyə

2016

50,67

128,24

178,91

2017

55,58

179,6

235,20

2018

82,96

396,37

479,33

2019

67,41

704,46

771,87

2020

98,09

329,27

427,36

2021

81,38

564,44

645,82

2022

94,79

1.009

1.103,79

2023 (I-III rüblər)

81,50

712,06

793,56

 

İki ölkə arasındakı ticarətdə aşağıdakı məhsullar üstünlük təşkil edir:

  • Azərbaycan Respublikasına İspaniyadan idxalda: xam soya yağı və onun fraksiyaları, ilkin (soyuq) preslənmiş zeytun yağı və onun fraksiyaları, konservləşdirilmiş dondurulmamış zeytun, minik avtomobilləri, yüngül sənaye və tekstil məhsulları, odadavamlı sementlər, inşaat məhsulları, döşəmə və divarlar üçün keramikadan minalanmış üzlük plitələr və s.

 

  • Azərbaycan Respublikasından İspaniyaya ixracda: xam neft, dizel yanacağı, kerosin yanacağı, turboreaktiv mühərriklər, yarımkeçirici daşıyıcılar, tərkibində əsasən alüminium birləşmələri olan kül və digər qalıqlar, emal olunmamış dəri, fındıq və s.

 

Hazırda 29 ispan şirkəti Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət, kənd təsərrüfatı və s. sahələrdə aktiv fəaliyyət göstərir.

 

İspaniyanın “Enagas” şirkəti 20% payla Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin beş əsas səhmdarlarından biridir.



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti