2020-06-26

26 iyun Azərbaycanda Silahlı Qüvvələr Günüdür

1918-ci il iyunun 26-da Şərqdə ilk demokratik respublika – Azərbaycan Demokratik Respublikasının (ADR) Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə - əlahiddə Azərbaycan korpusu yaradıldı. ADR-nin ordusu Respublikanın suverenliyinin və onun demokratik dövlət qurmağa nail olmuş xalqının inamlı zəmanətçisi idi.

Dövlət müstəqilliyinin bərpasından sonra  Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir.

Azərbaycanda bu tarixi gün hər il Bakı şəhərində təntənəli hərbi paradın keçirilməsi və həyatını müstəqillik uğrunda fəda etmiş şəhidlərin əziz xatirəsinin anılması ilə qeyd edilir.

Arxiv üzrə axtarış