“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 yanvar 2025

Azərbaycanın turizm imkanları İspaniyada təqdim olunur

Azərbaycanın turizm potensialı Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı, eləcə də 8 yerli tərəfdaşın iştirakı ilə İspaniyanın Madrid şəhərində baş tutan “FITUR” turizm sərgisində təqdim olunur.

Sərgi çərçivəsində keçirilən təqdimatlarda Azərbaycanın turizm potensiallı məkanları, milli mətbəx nümunələri, birbaşa aviareyslər haqqında məlumat verilir.

Stend ziyarətçiləri Azərbaycanın təklif etdiyi turizm məhsulları ilə tanış ola, eyni zamanda, milli şirniyyatların və yerli şərabların dadına baxa bilirlər.

Yanvarın 26-dək davam edəcək turizm sərgisində B2B (Biznesdən-biznesə), B2C (Biznesdən müştəriyə) formatlı görüşlər keçiriləcək.

 

AZƏRTAC

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti