Elektron Növbə Portalı

Səfirliyin konsulluq bölməsi tərəfindən göstərilən xidmətlər üçün öncədən vaxt təyin etmək məqsədilə Elektron Növbə Portalından istifadə edə bilərsiniz. Müraciətçilər appointment.mfa.gov.az/az internet səhifəsinə daxil olaraq elektron növbə götürə bilərlər.

Elektron Növbə Portalında istifadə üçün hər hansı xidmət haqqı nəzərdə tutulmamışdır. Əlavə məlumat üçün qeyd olunan linkə daxil ola bilərsiniz. 

QEYD:

  • Zəhmət olmasa xidmətə uyğun olaraq görüş təyin edin.
  • Hər görüş üçün bir ərizəçi: Nəzərə alın ki, bir görüşə görə yalnız bir ərizəçinin müraciəti qəbul olunacaq. Əgər bir neçə nəfər üçün müraciət olunursa (məsələn, ailə/qrup halında), xahiş edirik hər bir ərizəçi üçün ayrıca görüş təyin edin.

Arxiv üzrə axtarış