2016-11-18

AZƏRTAC ilə İspaniyanın EFE informasiya agentliyi arasında əməkdaşlığa dair sənəd imzalanıb


Noyabrın 17-də Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresi çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə İspaniyanın Beynəlxalq Xəbər Agentliyi (EFE) arasında Çərçivə Əməkdaşlıq Sazişi imzalanıb. Sənədləri AZƏRTAC-ın baş direktoru Aslan Aslanov, İspaniyanın EFE agentliyinin icraçı prezidenti Jose Antonio Vera Gil imzalayıblar.

Qarşılıqlı maraqlar və məqsədlər nəzərə alınmaqla AZƏRTAC ilə EFE agentliyi arasında imzalanmış Çərçivə Əməkdaşlıq Sazişinin məqsədi informasiya və xəbərlər mübadiləsi sahəsində ikitərəfli əlaqələri gücləndirmək və inkişaf etdirməkdir.

Arxiv üzrə axtarış