2017-06-02

İspaniyanın paytaxtında azərbaycanlı gənc musiqiçilərin konserti olub

Madriddə azərbaycanlı gənc pianoçuların təqdimatında klassik musiqi gecəsi təşkil olunub.

İspaniyanın “Alfonso X El Sabio” universitetinin musiqi bölməsinin magistrantı Günay Ağalarova və Estoniyanın “EESTİ Muusika-ja teatriakadeemia” akademiyasının tələbəsi Aysel Əliyeva “Alfonso X El-Sabio” universitetinin səhnəsində klassik dünya musiqilərindən nümunələr səsləndiriblər. Musiqiçilər, həmçinin Azərbaycan bəstəkarı Cövdət Hacıyevin “Ballada”sını da ifa ediblər.

Konsertdə Azərbaycanın İspaniyadakı səfirliyinin nümayəndələri də iştirak ediblər.

Arxiv üzrə axtarış