2018-03-20

Madriddə Novruz şənliyi keçirilib

Azərbaycanın İspaniyadakı səfirliyinin dəstəyi və Madriddə yaşayan azərbaycanlıların iştirakı ilə Novruz şənliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, milli yeməklərimiz və Novruz şirniyyatları süfrəsi arxasında toplaşmış azərbaycanlılar bu gözəl bayram vasitəsilə yenidən bir araya gələrək ənənələrimizə uyğun bayramı qeyd ediblər. Onlar yumurta döyüşdürmüş, səməni ətrafında novruz şamlarını alışdırıblar.

Daha sonra həmyerlilərimizin ifasında Azərbaycan və ispan mahnıları səslənib.

Arxiv üzrə axtarış