2018-05-24

İspaniyanın San-Sebastian şəhərində Dünya Turizm Təşkilatının 108-ci sessiyası işə başlayıb

İspaniyanın San-Sebastian şəhərində Dünya Turizm Təşkilatının (DTT) 108-ci sessiyası öz işinə başlayıb.

Tədbirin açılış mərasimində DTT-nin baş katibi Zurab Pololikaşvili, İspaniyanın enerji, turizm və rəqəmsal texnologiya naziri Alvaro Nadal, İspaniyanın turizm üzrə dövlət katibi Matilde Pastora Asian və təşkilatın İcraiyyə Şurasının hazırkı sədri, Argentinanın turizm naziri Gustavo Santos çıxış ediblər.

Bir sıra üzv dövlətlərin nazirlərinin, İcraiyyə Şurasının üzv ölkələrinin, İspaniya və Bask hökumətinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə ölkəmizi Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri, DTT yanında daimi nümayəndəsi Anar Məhərrəmovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Sessiyada turizmin müxtəlif istiqamətləri müzakirə olunacaq, təşkilatın proqram və büdcə komitələrinin müvafiq hesabatları dinləniləcək. Həmçinin DTT-nin yeni strategiya və prioritetlərinin təqdimatı olacaq, İcraiyyə Şurasının növbəti sessiyalarının keçiriləcəyi yerin müəyyən edilməsi kimi məsələlərə baxılacaq.

Sessiya gündəliyə uyğun olaraq işini davam etdirir.

Arxiv üzrə axtarış