2019 Formula 1 Azərbaycan Qran Pri yarışı
- Azərbaycan Respublikası Prezidentinin 2019 Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında 1013 nömrəli, 05 mart 2019-cu il tarixli Sərəncamına əsasən, əcnəbi və vətəndaşlığı olmayan şəxslər 2019-cu ilin martın 15-dən mayın 15-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər. Viza verilməsi üçün aşağıdakı sənədlərdən biri əsas hesab edilir:
- Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;
- Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;
- 2019 Formula 1 Azərbaycan Qran Pri Yarışına bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd;
- 2019 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən təsdiq edilmiş ölkələrin siyahısı üzrə (94 ölkə) “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı olacaqdır. Elektron vizanın alınması Sistemin informasiya ehtiyatı (www.evisa.gov.az) üzərindən həyata keçirilir. Azərbaycan Respublikasına gələcək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin elektron viza almaq üçün müraciətlərinə 3 iş günü müddətində, sürətləndirilmiş qaydada alınması ilə bağlı müraciət edildikdə isə 3 saat ərzində baxılır