2019-10-31

“Diplomat in Spain” portalında Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşünə dair məqalə dərc olunub

 

İspaniyanın nüfuzlu “Diplomat in Spain” portalında AZƏRTAC-ın İspaniya Krallığındakı xüsusi müxbiri Nigar Hüseynovanın “Qoşulmama Hərəkatının üzvü olan ölkələr dövlətlərin ərazi bütövlüyünə hörmət etdiklərini bir daha təsdiq ediblər” sərlövhəli məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə oktyabrın 25-26-da Bakıda keçirilmiş Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü barədə informasiya təqdim edilib. Məqalədə deyilir: Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Azərbaycan öz prioritetlərini tarixi Bandunq prinsipləri üzərində quracaqdır. Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasəti ilə üst-üstə düşür”.

Məqalədə diqqətə çatdırılır ki, Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək. Sədrlik Azərbaycana 2016-cı ildən bu təşkilata başçılıq etmiş Venesueladan keçib. Bakı Zirvə Görüşündə Venesuela, Pakistan, İran, Türkmənistan, Əfqanıstan, Kuba, Cibuti, Əlcəzair, Qana, Namibiya, Sudan, Ekvatorial Qvineya və Namibiya prezidentləri iştirak ediblər.

Arxiv üzrə axtarış