2020-03-19

Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə!

Hörmətli həmvətənlər,

İspaniya Krallığında koronavirus (COVID-19) infeksiyasının geniş yayıldığını nəzərə alaraq, Səfirliyin konsulluq şöbəsində vətəndaşların qrup və fərdi surətdə qəbulları müvəqqəti olaraq dayandırılır.

Konsulluq sahəsində hər hansı dəstəyin göstərilməsi və konsulluq əməliyyatlarına dair suallarınızla bağlı aşağıdakı vasitələrlə əlaqə saxlamağınız tövsiyə olunur.

E-mail: consul_madrid@mission.mfa.gov.az

Telefon: 917 489 776

Arxiv üzrə axtarış