2024-01-09

07 fevral 2024-cü il tarixində növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri

7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında hazırlıq işləri görülməkdədir. Bu məqsədlə xarici ölkələrdəki Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında seçki məntəqələri yaradılmaqdadır.

Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirak etmək istəyən, İspaniya Krallığı və Andorra Knyazlığında daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddəlti ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının seçici siyahısına əlavə olunmaları məqsədilə 29 dekabr 2023-cü il tarixinədək aşağıda qeyd olunmuş əlaqə vasitələri ilə Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinə müraciət etmələri xahiş olunur.

 

Telefon:  917 489 776 / 779

Elektron poçt: madrid@mission.mfa.gov.az / consul_madrid@mission.mfa.gov.az

Müraciət zamanı seçici siyahısına əlavə edilməsi məqsədilə Azərbaycan Respublikası vətəndaşının tam adı (soyadı,adı,atasının adı), doğulduğu tarix (il,ay və gün) və yaşadığı ünvan barədə məlumat təqdim olunmalıdır.

Xahiş edirik, müvafiq məlumatları 12 yanvar tarixinədək Səfirliyə təqdim edəsiniz.

Arxiv üzrə axtarış