2024-05-10

Azərbaycan Respublikası Beynəlxalq Zeytun Şurasının (BZŞ) tamhüquqlu üzvüdür

BZŞ-nın Üzvlər Şurası 2022-ci il oktyabrın 23-də Təşkilatın 116-cı sessiyası çərçivəsində Azərbaycan Respublikasının üzvlük haqqında qərarını təsdiqləyib. 114-cü sessiyadan bəri müşahidəçi statusunda olan Azərbaycan 30 aprel 2024-cü il tarixindən etibarən rəsmi olaraq təşkilatın üzvüdür.

 

BZŞ rəsmi internet səhifəsində Azərbaycan Respublikasını öz üzvləri arasında salamlamaqdan şərəf duyduğunu və ölkənin qarşıdan gələn birgə fəaliyyət və layihələrdə iştirakını səbirsizliklə gözlədiyini bildirib.

https://www.internationaloliveoil.org/the-republic-of-azerbaijan-joins-the-ioc/

Arxiv üzrə axtarış