2024-06-04

Madridin məşhur “Cibeles” fəvvarəsi Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibəti ilə dövlət bayrağının rəngləri ilə işıqlandırılıb

Madrid Şəhər Şurası Azərbaycanda mayın 28-də qeyd olunan Müstəqillik Günü şərəfinə “Cibeles” fəvvarəsini Azərbaycan Respublikasının bayrağı ilə işıqlandırıb.

 

Mayın 28-də Azərbaycan dövlət bayrağının mavi, qırmızı və yaşıl rəngləri fəvvarənin üzərində proyeksiya edilib.

 

2024-cü il Azərbaycanda “Yaşıl Dünya Uğrunda Həmrəylik İli” elan edilib. Cari ilin noyabrında Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının növbəti Tərəflər Konfransının 29-cu sessiyası – COP29 keçiriləcək. Ənənəvi qonaqpərvərliyi ilə tanınan ölkəmiz dünyanın hər yerindən qonaqlar qəbul edəcək.

Qeyd edək ki, İspaniya Krallığı Azərbaycanın müstəqilliyini tanıyan və ölkəmizlə diplomatik əlaqələr quran ilk dövlətlərdən biridir.

Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov Madrid Şəhər Şurasına Səfirliyin təşəbbüsünə göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

Arxiv üzrə axtarış