2024-12-26

Səfirliyimizdə xatirə kitabı açılmışdır.

“Azərbaycan Hava Yolları”nın Bakı–Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə 26 dekabr 2024-cü il tarixində ölkə ərazisində matəm günü elan edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyində dövlət bayrağı yarıya endirilmiş, İspaniya Xarici İşlər Nazirliyinə, Madriddəki diplomatik nümayəndəliklərə nota göndərilərək, matəm ilə əlaqədar dekabrın 26-27-də (saat 11-dən 16:00-a qədər) səfirlikdə xatirə kitabının açıldığını bildirilmişdir.

 

Arxiv üzrə axtarış