“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Konsulluq qeydiyyatı

Konsulluq qeydiyyatı

İspaniya Krallığında, Andorra Knyazlığında, habelə Portuqaliya Respublikasında daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşları Azərbaycanın İspaniyadakı Səfirliyinin Konsulluq şöbəsində qeydiyyatdan keçməlidirlər.

Vətəndaşların konsulluq qeydiyyatı rüsumsuz aparılır. Vətəndaşlar konsulluq qeydiyyatına alınmaqla bağlı şəxsən Səfirliyə gələrək, yaxud poçtla sənədləri göndərməklə, habelə konsulluq bölməsinə elektron (consul_madrid@mission.mfa.gov.az) müraciət edə bilər. 

 

Konsulluq qeydiyyatına alınmaq üçün aşağıdakı sənədlər tələb olunur:

 

  • -vətəndaşın müraciəti (şifahi yaxud yazılı ərizə ilə)

  • -vətəndaşın pasportu; (poçtla olduqda, kserosurəti, elektron qaydada olduqda, skan edilmiş surəti)

  • -vətəndaşın İspaniyada daimi və yaxud müvəqqəti yaşadığını, təhsil aldığını və əmək fəaliyyəti ilə məşğul olduğunu təsdiq edən sənəd;

  • -1 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

  • Əlaqə vasitələri (telefon, e-poçt, yaşadığı ünvan)

  • Onunla birgə yaşayan ailə üzvlərinə dair yuxarıda qeyd edilən məlumatlar

  • Azərbaycanda yaşayan yaxın qohumlarına dair məlumat (telefon, ünvan)

Qeyd edilən məlumatlar tam və düzgün tərtib edilməlidir.

        



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti