“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 17 yanvar 2017

Azərbaycan səfiri etimadnaməsini BMT-nin Dünya Turizm Təşkilatının baş katibinə təqdim edib

Yanvarın 17-də Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov, eyni zamanda BMT-nin Dünya Turizm Təşkilatı (DTT) yanında daimi nümayəndə təyin edilməsi ilə bağlı etimadnaməsini, “2017-ci il - İnkişaf naminə beynəlxalq davamlı turizm ili”nin rəsmi açılışında iştirak etmək məqsədilə Madriddə səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə, sözügedən təşkilatın baş katibi Taleb Rifaiyə təqdim edib.

T.Rifai A.Məhərrəmovu bir daha təbrik edərək, bu təyinatın Azərbaycan ilə DTT arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini bildirib.

Daha sonda Azərbaycan ilə Dünya Turizm Təşkilatı arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti