“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 13 fevral 2017

Barselonada “Azərbaycan Evi”nin açılışı olub

“Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin təşəbbüsü və ölkəmizin İspaniyadakı səfirliyinin dəstəyi ilə Barselona şəhərində “Azərbaycan Evi”nin açılış mərasimi olub.

Tədbirdə Kataloniyada yaşayan azərbaycanlılar, təhsil alan tələbələr iştirak ediblər.

“Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin sədri Kərim Kərimov İspaniyada ilk dəfə “Azərbaycan Evi”nin fəaliyyətə başlamasının mühüm hadisə olduğunu qeyd edib. O, “Azərbaycan Evi”nin Barselonada və ümumilikdə, Kataloniyada yaşayan azərbaycanlıların bir araya gətirilməsinə, onların əlaqələndirilməsinə, milli dəyərlərimizin və tarixi reallıqlarımızın təbliğatına böyük töhfə verəcəyini, Barselona şəhərinin multikultural həyatında özünəməxsus yer tutacağını vurğulayıb.

“Azərbaycan Evi”nin yerləşdiyi inzibati sahə Barselona Vəkillər Kollegiyasının üzvü, “Medina & Associates” şirkətinin rəhbəri Xavier Medina Ortiz tərəfindən təmənnasız təqdim olunub.

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti