“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 30 sentyabr 2019

İspaniya nüfuzlu “Diplomat in Spain” portalında “Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunmuş məqalə dərc edilib

Məqalədə cari ilin 20 sentyabr tarixində ölkəmizdə “Əsrin müqaviləsi”nin 25 illiyinin qeyd edilməsindən söz açılır.

Qeyd olunur ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilən xarici siyasət kursu ölkəni beynəlxalq münasibətlərin yeni mərhələsinə qaldırmış, buna misal olaraq 1994-cü il sentyabrın 20-də Bakıda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın 11 aparıcı neft şirkəti arasında “Azəri”,” Çıraq” və ”Günəşli” yataqlarının birgə işlənilməsi və hasilatın pay bölgüsü ilə bağlı “Əsrin müqaviləsi” imzalanmışdır.

Məqalədə ümummilli lider Heydər Əliyevin siyasi kursunun bugün dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyi xüsusi olaraq vurğulanır, Cənub Qaz Dəhlizi haqqında məlumat verilərək, onun Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsindəki vacib rolundan bəhs edilir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti