“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 11 aprel 2018

İspaniyada yaşayan ən yaşlı Azərbaycan vətəndaşı ilk səs verənlər sırasında olub

Madrid, 11 aprel, AZƏRTAC

Azərbaycanın İspaniyadakı səfirliyində yaradılmış seçki məntəqəsində səsvermə seçici fəallığı ilə davam edir. Səfirliyin binasında yerləşən 17 saylı Yasamal üçüncü seçki dairəsinin 34 saylı məntəqəsində seçicilərin sərbəst şəkildə səs vermələri üçün lazımi şərait yaradılıb. İspaniyada yaşayan ən yaşlı vətəndaşımız - 87 yaşlı Gülbacı Axundova ilk səs verənlərdən biri olub.

Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və digər müvafiq qanunvericilik aktlarına uyğun aparılan səsvermə yüksək seçici fəallığı ilə fərqlənir.

Səsvermədə İspaniyanın 17 bölgəsində daimi və müvəqqəti yaşayan, həmçinin təhsil alan və qısamüddətli səfərdə olan həmvətənlərimiz fəal iştirak edirlər.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti