“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 28 sentyabr 2016

UNESCO-nun Valensiyadakı mərkəzinin rəhbəri BDU-da olub

V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana səfərə gələn UNESCO Valensiya-Aralıq dənizi Mərkəzinin və Kommunikasiya Vasitələri üzrə Valensiya Elmlər Doktorları Assosiasiyasının prezidenti, məşhur ispan jurnalisti Xose Manuel Girones Bakı Dövlət Universitetində (BDU) olub.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə universitetin rektoru, akademik Abel Məhərrəmov Xose Manuel Gironesin universitetə gəlişini yüksək dəyərləndirib.

Mədəniyyətlərarası əlaqələrin gücləndirilməsində Beynəlxalq Humanitar Forumun əhəmiyyətini vurğulayan X.M. Girones son illər UNESCO-da reallaşdırdığı layihələrdən bəhs edib, bu təşkilatın fəaliyyət istiqamətləri və mexanizmi ilə bağlı əsas məqamları xatırladıb.

Qonaq Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın UNESCO-Azərbaycan əməkdaşlığının inkişafı istiqamətindəki uğurlu fəaliyyətindən danışıb.

Daha sonra universitetin jurnalistika fakültəsinin tədris-teleradio studiyasında müəllim və tələbələrlə görüşən X.M. Girones bəşəri sülhdən, multikultural əlaqələrdən danışıb.

Qeyd edək ki, X.M. Girones Madrid Komplutens Universitetinin jurnalistika üzrə elmlər doktoru və Fernando Pessoa de Oporto Universitetinin fəxri doktorudur.

http://azertag.az/xeber/996861 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti