Subaylıq haqqında arayışın verilməsi

Vətəndaşın subay olmasına dair müvafiq arayışın verilməsinə dair

Azərbaycan Respublikası orqanlarından müvafiq arayışla əlaqədar sorğu Səfirliyin konsulluq bölməsi vasitəsilə həyata keçirilir. 

Subaylıq haqqında arayışın alınması üçün Səfirliyin Konsulluq şöbəsinə  aşağıda qeyd olunan sənədlər təqdim olunmalıdır:

  1. Vətəndaşın ərizəsi;(Ərizə-Anket)
  2. Şəxsiyyəti və vətəndaşlığı təsdiq edən sənədlərin surəti (Pasport, şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə); 
  3. Ərizəçinin İspaniya Krallığında daimi və ya müvəqqəti yaşamaq haqqında icazəsi (NİE
  4. Səfirliyin bank hesabına 10 ABŞ dolları məbləğində dövlət rüsumunun ödənilməsi haqqında qəbz (həmin günün məzənnəsinə uyğun olaraq avro ilə ödənilə bilər) 

Hesab nömrəsi: CaixaBank, ES86 2100 2284 3007 0001 0347

Qeyd: Əvvələr nikahda olmuş şəxslər nikahın pozulması haqqında şəhadətnaməni və ya ərin (arvadın) ölüm şəhadətnaməsini, yaxud əvvəlki nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvəyyə minmiş qətnaməsi və ya ondan çıxarış təqdim etməlidirlər.

Diqqət!

Sənədlər Səfirliyin konsulluq bölməsinə şəxsən təqdim edilərkən,  https://appointment.mfa.gov.az portalı vasitəsilə qeydiyyatdan keçərək görüş tarixi və saatı təyin etmək vacibdir. 

Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərişi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə məsuliyyət daşımır.

Sənədlər tam və düzgün tərtib edilmədiyi təqdirdə icraya qəbul olunmadan ərizəçiyə geri qaytarılacaqdır.

Arxiv üzrə axtarış