Konsulluq qeydiyyatı
Konsulluq qeydiyyatı
İspaniya Krallığında, Andorra Knyazlığında, habelə Portuqaliya Respublikasında daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşları Azərbaycanın İspaniyadakı Səfirliyinin Konsulluq şöbəsində qeydiyyatdan keçməlidirlər.
Vətəndaşların konsulluq qeydiyyatı rüsumsuz aparılır.
Konsulluq qeydiyyatına alınmaq üçün aşağıdakı sənədlər tələb olunur:
- -vətəndaşın ərizəsi (ərizənin nümunəsi buradan yüklənilə bilər)
- -vətəndaşın pasportu;
- -vətəndaşın İspaniyada daimi və yaxud müvəqqəti yaşadığını, təhsil aldığını və əmək fəaliyyəti ilə məşğul olduğunu təsdiq edən sənəd;
- -doldurlmuş 118A formalı anket (forma 118 A daimi yaşayanlar, forma 118A müvəqqəti yaşayanlar);
- -1 ədəd fotoşəkil (3x4 sm ölcüdə);
Sənədlər tam və düzgün tərtib edilməlidir.