Pasport yararsız hala düşdükdə
Tələb olunan sənədlər
- Ərizə-anket (buradan yüklənə bilər 18 yaşı tamam olmuş vətəndaş;) (18 yaşı tamam olmamış vətəndaş);
- Pasportunun əsli;
- Şəxsiyyət vəsiqəsi;
- 3x4 ölçüdə bir ədəd rəngli fotoşəkil;
- 18-35 yaşlı kişi cinsindən olan müraciətçilər üçün Hərbi Bilet və ya müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsini təsdiq edən sənəd;
- 18 yaşı tamam olmamış şəxsin valideynlərinin razılıq ərizəsi (buradan yüklənə bilər);
- 18 yaşı tamam olmamış şəxsin valideynlərinin şəxsiyyətini təsdiq edən sənədlər;
- 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun razılıq ərizəsi;
- 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun hüquqlarını təsdiq edən sənədlər;
- 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun şəxsiyyətini təsdiq edən sənədlər.
- Rüsumların ödənildiyinə dair müvafiq təsdiqedici sənədlər
- Qeyd: Azərbaycanda ödəniləcək dövlət rüsumu Səfirliyə müraciət etdikdən sonra həyata keçirilməlidir. Səfirliyin konsulluq bölməsinə müraciət üçün https://appointment.mfa.gov.az portalı vasitəsilə qeydiyyatdan keçərək görüş tarixi və saatı təyin etmək vacibdir.
İştirak etməli olan şəxslər
- 18 yaşından yuxarı vətəndaşın şəxsən özu;
- 18 yaşı tamam olmamış vətəndaşın özü və valideyinləri/himayəçiləri.
Dövlət rüsumu
- 25 USD konsulluq rüsumu aşağıda məlumatları qeyd olunan bank hesabına köçürülməli və ödəniş haqqında qəbz, digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir;
Bankın adı: CaixaBank
Hesab nömrəsi: ES86 2100 2284 3007 0001 0347
14.1-1. Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə: |
|
14.1-1.1. on iş günü müddətində verildikdə |
|
14.1-1.1.1. bir yaşınadək uşaqlar üçün |
25 manat |
14.1-1.1.2. bir yaşından üç yaşınadək uşaqlar üçün |
40 manat |
14.1-1.1.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün |
55 manat |
14.1-1.1.4. on səkkiz yaşına çatmış vətəndaşlara |
75 manat |
14.1-1.2. beş iş günü müddətində verildikdə |
|
14.1-1.2.1. bir yaşınadək uşaqlar üçün |
40 manat |
14.1-1.2.2. bir yaşından üç yaşınadək uşaqlar üçün |
70 manat |
14.1-1.2.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün |
100 manat |
14.1-1.2.4. on səkkiz yaşına çatmış vətəndaşlara |
135 manat |
14.1-1.3. bir iş günü müddətində verildikdə |
|
14.1-1.3.1. bir yaşınadək uşaqlar üçün |
65 manat |
14.1-1.3.2. bir yaşından üç yaşınadək uşaqlar üçün |
125 manat |
14.1-1.3.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün |
165 manat |
14.1-1.3.4. on səkkiz yaşına çatmış vətəndaşlara |
220 manat |
Ətraflı: Dövlət rüsumu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU - https://e-qanun.az/framework/2860
Dövlət rüsumu onlayn qaydada https://www.asanpay.az/ platforması vasitəsi ilə və ya Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə ərizəçinin qohumu/nümayəndəsi tərəfindən şəxsən Azərbaycanda ödənilməli və ödəniş haqqında qəbzin əsli və ya surəti digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir.