Pasportun etibarliq müddəti bitdikdə və ya səhifələri dolduqda
Tələb olunan sənədlər
- Ərizə-anket (buradan yüklənə bilər 18 yaşı tamam olmuş vətəndaş) (18 yaşı tamam olmamış vətəndaş);
- Pasportun əsli;
- Şəxsiyyət vəsiqəsi;
- 3x4 ölçüdə bir ədəd rəngli fotoşəkil;
- 18-35 yaşlı kişi cinsindən olan müraciətçilər üçün Hərbi Bilet və ya müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsini təsdiq edən sənəd;
- 18 yaşı tamam olmamış şəxsin valideynlərinin razılıq ərizəsi (buradan yüklənə bilər);
- 18 yaşı tamam olmamış şəxsin doğum haqqında şəhadətnaməsi
- 18 yaşı tamam olmamış şəxsin valideynlərinin nikah haqqında şəhadətnaməsi
- 18 yaşı tamam olmamış şəxsin valideynlərinin şəxsiyyətini təsdiq edən sənədlər;
- 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun razılıq ərizəsi;
- 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun hüquqlarını təsdiq edən sənədlər;
- 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun şəxsiyyətini təsdiq edən sənədlər.
Qeyd: Azərbaycanda ödəniləcək dövlət rüsumu Səfirliyə müraciət etdikdən sonra həyata keçirilməlidir. Səfirliyin konsulluq bölməsinə müraciət üçün https://appointment.mfa.gov.az portalı vasitəsilə qeydiyyatdan keçərək görüş tarixi və saatı təyin etmək vacibdir.
İştirak etməli olan şəxslər
- 18 yaşından yuxarı vətəndaşın şəxsən özu;
- 18 yaşı tamam olmamış vətəndaşın özü və valideyinləri/himayəçiləri.
Dövlət rüsumu
- 25 USD konsulluq rüsumu aşağıda məlumatları qeyd olunan bank hesabına köçürülməli və ödəniş haqqında qəbz digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir;
Bankın adı: CaixaBank
Hesab nömrəsi: ES86 2100 2284 3007 0001 0347
- Dövlət Rüsumları:
14.1. Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə: |
|
14.1.1. on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə və ya dəyişdirildikdə |
|
14.1.1.1. bir yaşınadək uşaqlar üçün |
15 manat |
14.1.1.2. bir yaşından üç yaşınadək uşaqlar üçün |
25 manat |
14.1.1.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün |
35 manat |
14.1.1.4. on səkkiz yaşına çatmış vətəndaşlara |
60 manat |
14.1.2. beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə |
|
14.1.2.1. bir yaşınadək uşaqlar üçün |
25 manat |
14.1.2.2. bir yaşından üç yaşınadək uşaqlar üçün |
55 manat |
14.1.2.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün |
75 manat |
14.1.2.4. on səkkiz yaşına çatmış vətəndaşlara |
120 manat |
14.1.3. bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə |
|
14.1.3.1. bir yaşınadək uşaqlar üçün |
55 manat |
14.1.3.2. bir yaşından üç yaşınadək uşaqlar üçün |
115 manat |
14.1.3.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün |
155 manat |
14.1.3.4. on səkkiz yaşına çatmış vətəndaşlara |
210 manat |
Ətraflı: Dövlət rüsumu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU - https://e-qanun.az/framework/2860
Dövlət rüsumu onlayn qaydada https://www.asanpay.az/ platforması vasitəsi ilə və ya Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə ərizəçinin qohumu/nümayəndəsi tərəfindən şəxsən Azərbaycanda ödənilməli və ödəniş haqqında qəbzin əsli və ya surəti digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir.