Pasportun etibarliq müddəti bitdikdə və ya səhifələri dolduqda
Tələb olunan sənədlər
- Ərizə-anket (buradan yüklənə bilər 18 yaşı tamam olmuş vətəndaş) (18 yaşı tamam olmamış vətəndaş);
- Pasportun əsli;
- Şəxsiyyət vəsiqəsi;
- 3x4 ölçüdə bir ədəd rəngli fotoşəkil;
- 18-35 yaşlı kişi cinsindən olan müraciətçilər üçün Hərbi Bilet və ya müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsini təsdiq edən sənəd;
- 18 yaşı tamam olmamış şəxsin valideynlərinin razılıq ərizəsi (buradan yüklənə bilər);
- 18 yaşı tamam olmamış şəxsin valideynlərinin şəxsiyyətini təsdiq edən sənədlər;
- 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun razılıq ərizəsi;
- 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun hüquqlarını təsdiq edən sənədlər;
- 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun şəxsiyyətini təsdiq edən sənədlər.
İştirak etməli olan şəxslər
- 18 yaşından yuxarı vətəndaşın şəxsən özu;
- 18 yaşı tamam olmamış vətəndaşın özü və valideyinləri/himayəçiləri.
Dövlət rüsumu
- 25 USD konsulluq rüsumu aşağıda məlumatları qeyd olunan bank hesabına köçürülməli və ödəniş haqqında qəbz digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir;
Bankın adı: CaixaBank
Hesab nömrəsi: ES86 2100 2284 3007 0001 0347
- Müvafiq yaşa uyğun olaraq
0-1 yaş 10 manat
1-3 yaş 20 manat
3-18 yaş 30 manat
18 yaşı tamam tamam olmuş 40 manat
dövlət rüsumu onlayn (http://www.bpqmi.gov.az/?/az/menu/25/) və ya Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə ərizəçinin qohumu/nümayəndəsi tərəfindən şəxsən Azərbaycanda ödənilməli və ödəniş haqqında qəbzin əsli və ya surəti digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir.