Səfir
Anar Abel oğlu Məhərrəmov
Fövqəladə və Səlahiyyətli Səfir
12 fevral 1978 - Bakı şəhəri, Azərbaycan Respublikası
Təhsil:
1994-1998 - Bakalavr, beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsi, Bakı Dövlət Universiteti
1998-2000 - Magistr, beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsi, Bakı Dövlət Universiteti
2001-2004 - Magistr, Dövlət və Bələdiyyə İdarəetməsi fakültəsi, Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası
2017 - Beynəlxalq xüsusi hüquq və avropa hüququ kafedrası üzrə Professor
Elmi dərəcələr:
2004 - Hüquq elmləri namizədi
2012 - Dosent, Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrası, Bakı Dövlət Universiteti
2013 - Hüquq üzrə elmlər doktoru
2018 - İspaniya Krallığı Diplomatiya Akademiyasının fəxri akademiki
Əmək fəaliyyəti
2000-2006 - Referent, Attaşe, Üçüncü katib, İkinci katib, Beynəlxalq hüquq və Müqavilələr idarəsi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
2006-2010 - İkinci katib, Birinci katib, Müşavir, Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyi
2010-2013 - İdarə rəisinin müavini, Hüquq və Müqavilələr idarəsi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
2013-2016 - İdarə rəisi, İkinci Avropa İdarəsi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
2016 aprel ayından - Azərbaycan Respublikasının İspaniya Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri
2016-cı il 18 iyul tarixindən –Azərbaycan Respublikasının Andorra Knyazlığında Fövqəladə və Səlahiyyətli Səfiri
2016 noyabr ayından - Azərbaycan Respublikasının Ümumdünya Turizm Təşkilatı yanında Daimi Nümayəndəsi
Xarici dillər: - İspan, ingilis, rus, türk
Ailə vəziyyəti: - Evlidir, üç övladı var.