Səfirin tərcüməyi-halı
Ramiz Ayvaz oğlu Həsənov
Doğum yeri və tarixi - 20 avqust 1961-ci il, Marneuli şəhəri, Gürcüstan
Təhsili
1978-1983-cü illər - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil almışdır.
İş təcrübəsi
1984-1990-cı illər - SSRİ Xarici Ticarət Nazirliyi.
1990-1991-ci illər - Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Xarici İqtisadi Əlaqələr Komissiyasının rəis müavini
1992-1995-ci illər - Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyində baş idarə rəisi
1997-2004-cü illər - Azərbaycan Respublikası "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini
2004-2005-ci illər - Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri
14 dekabr 2005-ci ildə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru
2008-2018-ci illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri.
15 may 2018-ci il tarixindən Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini
2004-cü il – Fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsini almışdır
19 aprel 2021-ci il tarixindən - - Azərbaycan Respublikasının İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri
18 may 2021-ci il tarixindən – Azərbaycan Respublikasının Ümumdünya Turizm Təşkilatı yanında daimi təmsilçisi
Xarici dil bilikləri: ingilis, rus, türk
Ailə vəziyyəti: Ailəlidir, 2 övladı var.