Doğumun qeydə alınması

Doğumun qeydə alınması üçün tələb olunan sənədlər

Doğumun qeydə alınması üçün müraciət edən şəxs tərəfindən Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqlarına aşağıdakı sənədlər təqdim edilməlidir:

1. Hər iki valideyn tərəfindən doldurulmuş ərizə ;

2. Valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər;

3. Valideynlərin nikah haqqında şəhadətnaməsi;(Nikah xarici ölkədə qeydə alınıbsa Nikah haqqında şəhadətnaməyə apostil vurulmalıdır)

4. Valideynlərin doğum haqqında şəhadətnamələri;

5. Doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsinin təqdim etdiyi sənədin əsli (Müvafiq sənədin əldə olunması ilə bağlı tibb müəssisəsinin əvvəlcədən məlumatladırılması tövsiyə olunur);

6. Uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənədin əsli 

7. Uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənədin əsli;

8. Uşaq anası tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd;

9. Valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda, onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd.

Yuxarıda qeyd olunan sənədlər olmadıqda, uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir.

Valideynlərin birinin sənədləri yalnız üzrlü səbəbdən (uzunmüddətli ezamiyyətə getmə, uzaq yerdə yaşama və s.) təqdim etmək mümkün olmadığı halda, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqları doğumun dövlət qeydiyyatını valideynlərdən digərinin sənədləri əsasında apara bilərlər.

Qeyd: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün 1 aylıq müddətdə müraciət olunmamasına görə uşağın valideynləri xəbərdarlıq edilir və ya 10 (on) manat miqdarında cərimə edilir.

İştirak etməli olan şəxslərin siyahısı:

1. Valideynlər və ya onlardan biri;

2. Valideynlər üzrlü səbəbə görə müraciət edə bilmədikdə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər.

Dövlət rüsumunun məbləği:

Doğumun qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.

Diqqət: Təkrar doğum haqqında şəhadətnamə üçün aşağıdakı sənədlərin Səfirliyə təqdim olunması tələb olunur:

1. 1. Ərizə;   

2. 2 (iki) AZN dövlət rüsumu Azərbaycanda "Kapital" banka ödənilməli və ödəniş haqqında qəbz Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinə təqdim olunmalıdır.

Arxiv üzrə axtarış