Pasport oğurlandıqda

Tələb olunan sənədlər

  • Ərizə-anket (buradan yüklənə bilər 18 yaşı tamam olmuş vətəndaşı) (18 yaşı tamam olmamış vətəndaş);
  • Şəxsiyyət vəsiqəsi;
  • 3x4 ölçüdə bir ədəd rəngli fotoşəkil;
  • İspaniya Krallığında daimi/müvəqqəti yaşayış hüququnu təsdiq edən sənəd; 
  • Pasportun oğurlandığı ölkənin polis orqanı tərəfindən pasportun oğurlanması faktını təsdiq edən arayışın əsli;
  • 18-31,5 yaşlı kişi cinsindən olan müraciətçilər üçün Hərbi Bilet və ya müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsini təsdiq edən sənəd;
  • İspaniya Krallığı, Portuqaliya Respublikası və ya Andorra Knyazlığında daimi və ya müvəqqəti yaşağıdnızı təsdiq edici miqrasiya kartı
  • 18 yaşı tamam olmamış şəxsin valideynlərinin razılıq ərizəsi (buradan yüklənə bilər);
  • 18 yaşı tamam olmamış şəxsin valideynlərinin şəxsiyyətini təsdiq edən sənədlər;
  • 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun razılıq ərizəsi;
  • 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun hüquqlarını təsdiq edən sənədlər;
  • 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun şəxsiyyətini təsdiq edən sənədlər. 
  • Rüsumların ödənildiyinə dair müvafiq təsdiqedici sənədlər
  • Qeyd: Azərbaycanda ödəniləcək dövlət rüsumu Səfirliyə müraciət etdikdən sonra həyata keçirilməlidir. Səfirliyin konsulluq bölməsinə müraciət üçün  https://appointment.mfa.gov.az portalı vasitəsilə qeydiyyatdan keçərək görüş tarixi və saatı təyin etmək vacibdir. 

İştirak etməli olan şəxslər

  • 18 yaşından yuxarı vətəndaşın şəxsən özu;
  • 18 yaşı tamam olmamış vətəndaşın özü və valideyinləri/himayəçiləri.

Dövlət rüsumu

  • 25 USD konsulluq rüsumu aşağıda məlumatları qeyd olunan bank hesabına köçürülməli və ödəniş haqqında qəbz digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir;

 

Bankın adı: CaixaBank

 Hesab nömrəsi: ES86 2100 2284 3007 0001 0347

 

Dövlət rüsumları:

  • 14.1. Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə:[101]

     

    14.1.1. on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə və ya dəyişdirildikdə

     

    14.1.1.1. bir yaşınadək uşaqlar üçün

    15 manat

    14.1.1.2. bir yaşından üç yaşınadək uşaqlar üçün

    25 manat

    14.1.1.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün

    35 manat

    14.1.1.4. on səkkiz yaşına çatmış vətəndaşlara

    60 manat

    14.1.2. beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə

     

    14.1.2.1. bir yaşınadək uşaqlar üçün

    25 manat

    14.1.2.2. bir yaşından üç yaşınadək uşaqlar üçün

    55 manat

    14.1.2.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün

    75 manat

    14.1.2.4. on səkkiz yaşına çatmış vətəndaşlara

    120 manat

    14.1.3. bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə

     

    14.1.3.1. bir yaşınadək uşaqlar üçün

    55 manat

    14.1.3.2. bir yaşından üç yaşınadək uşaqlar üçün

    115 manat

    14.1.3.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün

    155 manat

    14.1.3.4. on səkkiz yaşına çatmış vətəndaşlara

    210 manat

     

     

    14.1-1. Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə:[102]

     

    14.1-1.1. on iş günü müddətində verildikdə

     

    14.1-1.1.1. bir yaşınadək uşaqlar üçün

    25 manat

    14.1-1.1.2. bir yaşından üç yaşınadək uşaqlar üçün

    40 manat

    14.1-1.1.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün

    55 manat

    14.1-1.1.4. on səkkiz yaşına çatmış vətəndaşlara

    75 manat

    14.1-1.2. beş iş günü müddətində verildikdə

     

    14.1-1.2.1. bir yaşınadək uşaqlar üçün

    40 manat

    14.1-1.2.2. bir yaşından üç yaşınadək uşaqlar üçün

    70 manat

    14.1-1.2.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün

    100 manat

    14.1-1.2.4. on səkkiz yaşına çatmış vətəndaşlara

    135 manat

    14.1-1.3. bir iş günü müddətində verildikdə

     

    14.1-1.3.1. bir yaşınadək uşaqlar üçün

    65 manat

    14.1-1.3.2. bir yaşından üç yaşınadək uşaqlar üçün

    125 manat

    14.1-1.3.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün

    165 manat

    14.1-1.3.4. on səkkiz yaşına çatmış vətəndaşlara

    220 manat

     

     

Dövlət rüsumu onlayn qaydada https://www.asanpay.az/ platforması və ya Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə ərizəçinin qohumu/nümayəndəsi tərəfindən şəxsən Azərbaycanda ödənilməli və ödəniş haqqında qəbzin əsli və ya surəti digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir.

Arxiv üzrə axtarış