2016-04-22

Azərbaycan iqlimlə bağlı tarixi Paris sazişini imzaladı

Aprelin 22-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında iqlim dəyişiklikləri ilə bağlı tarixi Paris sazişinin imzalanma mərasimi keçirilib. Sənədi 171 ölkənin dövlət və hökumət rəhbərləri, xarici işlər, ətraf mühit nazirləri imzalayıblar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, BMT-nin iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris razılaşmasını Azərbaycan hökuməti adından Prezident İlham Əliyevin tapşırığı ilə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov imzalayıb.

Razılaşma iqlim dəyişiklikləri məsələləri üzrə BMT-nin Çərçivə Konvensiyasına üzv dövlətlərin 21-ci konfransında Parisdə qəbul edilib. Sənəd ekoloji cəhətdən davamlı gələcəyə yol açır və qlobal temperaturun Selsi ilə 1,5 dərəcə səviyyəsində saxlanılmasını vəd edir.

http://azertag.az/xeber/945374 

Arxiv üzrə axtarış