2017-11-01

Oktyabrın 31-də "Atletiko Madrid" - "Qarabağ" qarşılaşmasından əvvəl "Wanda Metropolitano" stadionunun qarşısında ölkəmizlə bağlı təbliğat masası qurulub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın İspaniyadakı səfirliyin dəstəyi və İspaniya azərbaycanlıları assosiasiyasının təşkilatçılığı ilə hazırlanan təbliğat masasında ölkəmizin turizm potensialı və Ağdamın “Qarabağ” klubu barədə məlumatların yer aldığı bukletlər, həmçinin milli şirniyyatlar futbol azarkeşlərinə təqdim olunub.

Qarabağ futbol klubu və onun ev oyunlarını doğma Ağdam şəhərində keçirə bilməməsinin səbəbləri haqqında ətraflı məlumat verilib.

Oyunu izləmək üçün gələn azarkeşlərin təbliğat masasına böyük marağı müşahidə olunub.

Ağdamın “Qarabağ” klubunun səfərdə keçirdiyi oyunlar Azərbaycan həqiqətlərinin geniş kütlələrə çatdırılması baxımından həm də bir fürsətdir. Oyun zamanı da dünyanın ən böyük stadionlarından biri olan "Wanda Metropolitano"da Azərbaycan və Türkiyə bayraqları dalğalanıb, həmçinin geniş ölçülərdə ispan dilində “Qarabağ Azərbaycanın döyünən ürəyidir” (Qarabag es corazon latiente de Azerbaiyan) yazılı pankart açılıb.

https://azertag.az/xeber/_quotQarabag_quotin_UEFA_CHempionlar_Liqasindaki_novbeti_oyunu_zamani_Madridde_tebligat_aksiyasi_kechirilib_VIDEO-1108001 

https://video.azertag.az/video/57520 

https://video.azertag.az/video/57508 

Arxiv üzrə axtarış