2021-05-27

İspaniyanın Kralı Əlahəzrət VI Felipedən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 
İspaniyanın Kralı Əlahəzrət VI Felipe Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevi təbrik edib.
 
Təbrikdə deyilir:
 
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
 
Cənab Prezident,
 
Azərbaycan Respublikasının milli bayramının qeyd olunması münasibətilə Zati-alinizə İspaniya hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırmaq istəyirəm.
 
Cənab Prezident, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıram.
 
Sizə dərin hörmət və ehtiram bəslədiyimə əmin ola bilərsiniz.
 
VI Felipe
İspaniyanın Kralı"

Arxiv üzrə axtarış