2021-06-26

26 iyun Azərbaycanda Silahlı Qüvvələr Günüdür

1918-ci il iyunun 26-da Şərqdə ilk demokratik respublika – Azərbaycan Demokratik Respublikasının (ADR) Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə - əlahiddə Azərbaycan korpusu yaradıldı. ADR-nin ordusu Respublikanın suverenliyinin və onun demokratik dövlət qurmağa nail olmuş xalqının inamlı zəmanətçisi idi.

Dövlət müstəqilliyinin bərpasından sonra  Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir.

2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 44 gün davam edən döyüşlərdə - Vətən Müharibəsində şanlı qələbə qazanaraq, 28 ildir Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərini, o cümlədən Azərbaycan musiqisinin beşiyi olan qədim Şuşa şəhərini işğaldan azad etmişdir.

 

Arxiv üzrə axtarış